Ukrayna ordusunun motoatıcı bölməsinin komanda məntəqəsi dağıdılıb.
Lent.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, məntəqə pilotsuz uçuş aparatı vasitəsilə vurulub. Məlumatda qeyd olunur ki, məntəqə sənaye binasında yerləşirdi.
Ötən gün Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin infrastrukturunun məhv edilməsi üzrə “İsgəndər” operativ-taktiki raket kompleksinin işini nümayiş etdirib. Departamentdən bildirilib ki, Ukrayna ordusunun hava hücumundan müdafiə sistemləri “OTRK” qanadlı raketləri vurmaq iqtidarında deyil. Çünki qanadlı raketlər hədəfə yaxınlaşarkən elektron müdaxilə yaradır.