Ukraynanın 128-ci hücum briqadası Rusiyaya məxsus “Ka-52” (Alliqator) helikopterini vurub.
Lent.az-ın UNİAN-a istinadla xəbərinə görə, bu barədə briqada sosial şəbəkədə video paylaşıb.
Qeyd edilir ki, vurulan helikopter təzə olub və qiyməti təxminən 16 milyon dollardır.