Ukraynada bu xəstəliklər  kəskin arta bilər – RƏSMİ 
15 oktyabr 2022 07:15 (UTC +04:00)

Ukraynada bu xəstəliklər kəskin arta bilər – RƏSMİ 

Aşağı temperatur bu qışda Ukraynada respirator xəstəliklərin, soyuqlama və donvurmaların kəskin artmasına səbəb ola bilər.

Lent.az-ın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. 

Ukrayna hökumətinin statistikasına görə, müharibə başlayandan 800 mindən çox ev dağılıb və 10 minlərlə adam qaçqın düşərgələrində yaşayır. Onların soyuqdan qorunmağa şəraiti yoxdur.

“Çox sayda ukraynalı tez-tez yerdəyişmə edir, qeyri-standart, istilik olmayan  tikililərdə yaşayır. Bu da donvurma, soyuqlama, pnevmoniya və insultla nəticələnə bilər” – deyə ÜST-nin Avropa bürosunun rəhbəri Hans Kluqe bildirib.

ÜST hesablamasına görə, Ukraynada 620 tibb müəssisəsi hücuma məruz qalıb və nəticədə əhali üçün tibb xidmətinin əlçatanlığı azalıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2109
avatar

Oxşar yazılar