Ukrayna Rusiyanın döyüş itkilərini açıqladı
08 avqust 2022 18:35 (UTC +04:00)

Ukrayna Rusiyanın döyüş itkilərini açıqladı

“Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 42 340 hərbçisi məhv edilib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Lent.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin ümumilikdə 1811 tankı, 4 070 zirehli döyüş maşını, 960 artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 132 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 192 helikopter, 754 PUA, 182 qanadlı raket, 15 gəmi, 2 993 avtomobil texnikası və avtosisterni, 86 xüsusi texnikası məhv edilib.

Qeyd olunub ki, Rusiya ən çox itkini Donetsk istiqamətində verib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

# 1188
avatar

Oxşar yazılar