Ukrayna ordusunda 5 mindən çox  qadın döyüşür
14 oktyabr 2022 19:27 (UTC +04:00)

Ukrayna ordusunda 5 mindən çox qadın döyüşür

0

Hərbi vəzifələrdə olan 40 mindən çox qadın Ukrayna Silahlı Qüvvələrində xidmət edir. Bunlardan beş mindən çox qadın ön cəbhədədir. 

Lent.az bildirir ki, bu barədə oktyabrın 14-də telemarafonun efirində Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Sergey Naev məlumat verib.

"Hazırda Ukrayna Silahlı Qüvvələrində hərbi vəzifələrdə olan 40 mindən çox qadın xidmət edir. Onların 8 mini zabit vəzifəsindədir", - o, vurğulayıb.

Naevin sözlərinə görə, 5 mindən çox qadın aktiv döyüş əməliyyatlarının getdiyi ərazilərdədir. Onların arasında batareya, taqımların, nəqliyyat vasitələri və pilotsuz uçuş aparatlarının komandirləri, həmçinin snayperlər var.

“Ona görə də tinamla demək olar ki, qadınlar və kişilər birlikdə hərbi xidmətin ağır yükünü daşıyırlar və silahlı təcavüzü dəf etmək üçün tapşırıqları yerinə yetirirlər”, - komandir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1940

Oxşar yazılar