Avropa İttifaqı ölkələri Ukrayna əsgərlərinin təlimi üzrə Avropa İttifaqı Missiyasının yaradılmasını təsdiqləyib.
Lent.az-ın xəbərinə görə, müvafiq qərar Avropa İttifaqına üzv 27 ölkənin Brüsseldəki daimi nümayəndələri tərəfindən yekdilliklə qəbul edilib.
Missiya iki il ərzində 15 min Ukrayna əsgərinə təlim keçəcək. Bunun üçün Almaniya və Polşada təlim mərkəzləri yaradılacaq.
Avropa diplomatlarının sözlərinə görə, Ukrayna ordusunun 5000-ə qədər əsgəri yaxın aylarda Almaniyada təlimlərə başlayacaq. Bundesver onlara əsasən hava hücumundan müdafiə sistemləri və artilleriya qurğularından istifadəni öyrədəcək.