Ukrayna Silahlı Qüvvələri Donetsk vilayəti istiqamətində Rusiyanın daha bir “Su-25” qırıcı təyyarəsini vurublar.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
“Bu gün, martın 4-də Ukrayna Hava Hücumundan Müdafiə Birliyinin Qüvvələri Volnovaxa şəhəri səmasında düşmənin “Su-25” qırıcısını vurub. Bu təyyarə dinc sakinlərin yaşayış binalarını və mülki infrastrukturları bombalayırdı. Qırıcının pilotu katapult edib. Onun axtarışı davam edir”, - məlumatda qeyd olunub.
Hazırda təyyarəni idarə edən pilot axtarışdadır.
Pilotu xilas etmək üçün Rusiyadan göndərilən vertolyot Ukrayna tərəfindən ələ keçirilib.