Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin milli döyüş təyyarəsi ilə bağlı son vəziyyəti açıqlayıb.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, Türkiyə dövlət başçısı bildirib ki, milli döyüş təyyarəsi 2023-cü ildə təqdim ediləcək və 2025-ci ildə ilk uçuşunu həyata keçirəcək.
"Milli döyüş təyyarəmiz Hərbi Hava Qüvvələrimizin vurucu gücü olaraq 2029-cu ildə göylərə qalxacaq" – deyə, Ərdoğan vurğulayıb.