Türkiyəli məşhur aparıcı  SAXLANILDI
18 dekabr 2025 10:20 (UTC +04:00)

Türkiyəli məşhur aparıcı SAXLANILDI

0

İstanbul Respublika Prokurorluğu tərəfindən aparılan “qara pul yuma” istintaqı çərçivəsində GAİN Medya şirkətinə qarşı əməliyyat keçirilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, əməliyyat zamanı 3 nəfər saxlanılıb, GAİN Medya A.Ş. və Anahat Holding A.Ş.-yə TMSF (Əmanətlərin Sığortalanması Fondu) tərəfindən qəyyum təyin olunub.

İstintaq çərçivəsində tanınmış aparıcı və komediya aktyoru Okan Karacan da saxlanılıb.

Prokurorluğun açıqlamasına əsasən, araşdırma qanunsuz mərc və şans oyunlarının təşkili, cinayət məqsədilə təşkilat yaratma və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin yuyulması maddələri üzrə aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar