Türkiyədə sel fəlakətində ölənlərin sayı 15-ə çatdı
16 mart 2023 11:13 (UTC +04:00)

Türkiyədə sel fəlakətində ölənlərin sayı 15-ə çatdı

0

Türkiyədə baş verən güclü selin fəsadları davam edir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Şanlıurfada su ilə dolan keçiddə daha bir nəfərin meyiti tapılıb.

Ümumilikdə, Adıyaman və Şanlıurfada seldə ölənlərin sayı 15-ə çatıb.

Qeyd edək ki, yağıntıların cümə axşamı gününə qədər davam edəcəyi və Şanlıurfa, Mardin, Qaziantep, Kilis və Kahramanmaraş ətrafında çox güclü və şiddətli keçəcəyi gözlənilir. Yağıntılar zamanı sel, daşqın, şimşək çaxması, dolu və güclü külək kimi neqativ hallara qarşı diqqətli olmaları barədə insanlara xəbərdarlıq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2046

Oxşar yazılar