Türkiyənin Bartin bölgəsində oktyabrın 14-də kömür mədənində partlayışda ölənlərin sayı 40-a çatıb.
Lent.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. Onun sözlərinə görə, 110 işçidən 58-i xilas edilib, hazırda axtarış-xilasetmə işləri davam edir.
***
Saat: 08:04
Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində 28 nəfər ölüb.
Lent.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitterdə bildirib.
Nazir qeyd edib ki, 11 yaralının müalicəsi davam edir.
***
03.02
Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində 25 nəfər ölüb.
Lent.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitterdə bildirib.
Nazir qeyd edib ki, müalicə olunan 11 yaralıdan dördü reanimasiyadadır, 1 nəfərin vəziyyəti ağırdır.
***
01.07
Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində 22 nəfər ölüb, 20 nəfər yaralanıb.
Lent.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitterdə bildirib.
Nazir qeyd edib ki, xəsarət alanlardan səkkizi reanimasiyadadır. Bir neçə xəstə digər şəhərlərə yola salınıb.
***
00.03
Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində 14 nəfər ölüb, 21 nəfər xəstəxanaya yerləşdirilib.
Lent.az-ın xəbərinə görə, bu barədə daxili işlər naziri Suleyman Soylu jurnalistlərə açıqlamasında bildirib.
***
22.49
Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb.
Lent.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitterdə bildirib.
***
22.30
Türkiyənin Bartin vilayətində kömür mədənində 12 nəfər xilas edilib.
Lent.az-ın xəbərinə görə, dağıntılar altında 35 nəfər qalıb.
***
21.47
Türkiyənin Bartin vilayətində kömür mədənində partlayışın ilkin səbəbi açıqlanıb.
Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Türkiyə Mədənlər Birliyinin sədri Hakan Yeşil hadisəyə metan qazının partlamasının səbəb olduğunu bildirib.
O, partlayış baş verdiyi an mədəndə 100 işçinin olduğunu da qeyd edib.
***
21.21
Türkiyənin Bartın vilayətində kömür mədənində partlayış nəticəsində dağıntılar altında qalan 87 işçidən 11-i xilas edilib.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə Amasra rayonunun Bələdiyyə başçısı Recai Çakır jurnalistlərə açıqlamasında bildirib.
Enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu hadisə yerinə gedir.
***
20.42
Türkiyənin Bartin vilayətində daş kömür mədənində partlayış baş verib.
Lent.az-ın NTV-yə istinadla xəbərinə görə, hadisə yerinə xilasedicilər cəlb edilib.
Partlayışın səbəbi hələ ki, məlum deyil.