Bu gün Türkiyənin cənub-şərqində güclü zəlzələ olub. Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.
Son məlumatlara görə, təbii fəlakət nəticəsində ölənlərin sayı mini keçib.
Bəzi mənbələrdə baş verən zəlzələnin Türkiyəni istəməyən qüvvələr tərəfindən süni şəkildə törədildiyi iddia edilir.
Maraqlıdır, görəsən, bu iddiaların doğruluq payı varmı? Ümumiyyətlə, süni zəlzələ yaratmaq nə qədər mümkündür?
Məsələ ilə bağlı Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov Lent.az-a açıqlamasında bildirib ki, zəlzələ təbii prosesdir.
Onun sözlərinə görə, zəlzələnin süni şəkildə yaradılması mümkünsüzdür.
“Türkiyədə ardıcıl olaraq 3 dəfə zəlzələ baş verdi. Bir çox insan zəlzələnin süni şəkildə törədildiyini fərz etsə də, bu yanlışdır. Türkiyədə baş verən zəlzələlər təbii prosesdir. Zəlzələnin süni şəkildə törədilməsi qeyri-mümkündür”.
Qeyd edək ki, zəlzələ təbii proses olsa da, bəzən süni şəkildə də yaradılır. Zəlzələni canlı aləm hiss etmirsə, deməli, bu, tektonik yəni süni üsulla yaradılıb. Ev heyvanları bir neçə gün öncə zəlzələnin olacağını hiss edib, həmin yeri tərk edirlər. Süni zəlzələlərdən əsasən hər hansı bir dövlətə qarşı əks-siyasət yeridildikdə istifadə edilir. Dünyanın nəhəng ölkələrində elə silahlar var ki, bu təkanları süni surətdə yarada bilir.
Tektonik silah təbii geoloji proseslərə təsir edərək müəyyən ərazilərdə süni şəkildə zəlzələ, vulkan püskürməsi və ya oxşar hadisələrə səbəb ola bilən hipotetik qurğu və ya sistemdir. "Tektonik silah" termini 1992-ci ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü A.V.Nikolayev tərəfindən müəyyən edilib və o, onu yığılmış tektonik enerjisindən istifadə edərək dağıdıcı zəlzələ törədə bilən bir şey kimi müəyyən edib.