Türkiyə Ordusu İraqın şimalında 8 PKK terrorçusunu zərərsizləşdirdi
29 dekabr 2020 05:45 (UTC +04:00)

Türkiyə Ordusu İraqın şimalında 8 PKK terrorçusunu zərərsizləşdirdi

İraqın şimalındakı Avaşin Basyan bölgəsində kəşfiyyat yolu ilə yeri müəyyən edilən səkkiz PKK terrorçusu məhv edilib.

APA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat yayılıb.

Nazirliyin məlumatına görə, PKK terrorçuları havadan həyata keçirilən əməliyyat yolu ilə zərərsizləşdirilib. Nazirlik bu cür əməliyyatların davam etdiriləcəyini vurğulayıb.

# 879
avatar

Oxşar yazılar