Türkiyə Ermənistanın üçüncü ölkələrə uçuşları üçün hava məkanını bağlayıb.
Lent.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu müsahibəsi zamanı bildirib.
Məlumata görə, hava məkanın bağlanmasına səbəb Ermənistanın paytaxtı İrəvanda Nemesis abidəsinin açılması olub.
Çavuşoğlunun sözlərinə görə, Ermənistanın bu addımı Türkiyəyə qarşı hörmətsizlikdir.
“Biz bunu qəbul edə bilmərik. Bu abidəyə qarşılıq olaraq hava məkanımızı Ermənistan üçün bağladıq. Sadəcə Ermənistan sədrinin görüş üçün Türkiyəyə gəlməsinə icazə verəcəyik. Əgər bu kimi hərəkətlərə davam etsələr, biz də yeni addımlar atacağıq”,-deyə nazir deyib.