ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Vladimir Zelenskini tənqid edib və Ukraynanın "dağıldığını", milyonlarla insanın "lazımsız yerə" həyatını itirdiyini bildirib.
O, Üçüncü Dünya Müharibəsinin "o qədər də uzaqda olmadığını" elan edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu fikirləri Mayamidə keçirilən Gələcəyin İnvestisiya Təşəbbüsü İnstitutunun sammitində çıxışı zamanı səsləndirib.
O, eyni zamanda bildirib ki, bu müharibə onun prezidentliyi dövründə baş verməyəcək. Tramp, Ukrayna və Yaxın Şərqdəki münaqişələrə toxunaraq, Üçüncü Dünya Müharibəsinin "o qədər də uzaqda olmadığını" bildirib və öz prezidentliyinin bunu qarşısını alacağını vurğulayıb. O, müharibələri tez bir zamanda dayandırmaq, münaqişələri həll etmək və planetdə sülhü bərpa etmək istədiyini qeyd edib.
Prezident Tramp, "Üçüncü Dünya Müharibəsi heç kəsə fayda gətirməz" deyərək, bu münaqişənin qarşısını almaq üçün səylərini artıracağını bildirib. O, əgər əvvəlki administrasiya (Prezident Co Baydenin rəhbərliyi) bir il daha davam etsəydi, Üçüncü Dünya Müharibəsinin artıq başlamış olacağını iddia edib.
Tramp, Ukraynanın hazırkı vəziyyətinə də toxunaraq, Prezident Vladimir Zelenskini tənqid edib və Ukraynanın "dağıldığını", milyonlarla insanın "lazımsız yerə" həyatını itirdiyini bildirib. O, atəşkəsin tezliklə əldə olunacağına və Avropa ilə Yaxın Şərqdə sabitliyin bərpa olunacağına ümid etdiyini ifadə edib.