ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp Çin, Rusiya, İran və Şimali Koreya arasında əlaqələri zəiflətmək üçün təzyiq və diplomatiyanın birləşdirilməsi taktikasından istifadə etmək niyyətindədir.
Lent.az bildirir ki, “The Hill” xarici siyasət ekspertlərinə istinadən qeyd edir ki, Tramp özünün məşhur danışıqlar tərzindən istifadə edərək bu dövlətlərin hər birinə ikitərəfli əsasda yanaşmağı planlaşdırır.
Ukraynadakı müharibə Moskva, Pekin, Yeni Dehli və Pxenyan arasında əlaqələri gücləndirərək, qarşılıqlı faydalı iqtisadi, hərbi və siyasi əməkdaşlığa gətirib çıxarıb. Analitiklərin fikrincə, bu ölkələr arasında fikir ayrılıqları olsa da, onları ABŞ-ın dünya səhnəsində dominant təsirinə müqavimət göstərmək istəyi birləşdirir.
Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin baş əməkdaşı Andrea Kendall-Teylor bildirib ki, ölkələr arasında əlaqələr çoxlarının düşündüyündən daha güclüdür və hətta ABŞ-ın bəzi güzəştləri olsa belə, münasibətlərin əhəmiyyətli dərəcədə dəyişməsi ehtimalı azdır. Onun fikrincə, bu ölkələrin kollektiv yanaşması, xüsusən də müttəfiqlərinin ABŞ-a kifayət qədər dəstəyinin olmaması fonunda onların xeyrinə dəyişən güc balansı yaradır.
Rusiya ilə müharibədə Ukraynanı dəstəkləmək tərəfdarları hesab edirlər ki, Trampın bu ölkələrin müttəfiqliyini bölmək strategiyası onların yaxınlaşmasını cilovlamaq və Rusiya və Çinin təsirinə qarşı çıxmaq üçün ən təsirli üsuldur.