Tramp milyarderi Türkiyəyə səfir  təyin etməyi planlaşdırır
11 dekabr 2024 10:25 (UTC +04:00)

Tramp milyarderi Türkiyəyə səfir təyin etməyi planlaşdırır

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin Türkiyədəki səfiri vəzifəsinə 77 yaşlı milyarder investor Tomas Barakın namizədliyini irəli sürüb.

Lent.az vesti.az-a istinadən xəbər verir ki, o, bu barədə Truth sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Tom Barak bizim Türkiyədəki növbəti səfirimiz olacaq”, - o vurğulayıb.

Barak Trampın 2016-cı il prezidentlik kampaniyasının baş məsləhətçisi olub və onun inaqurasiya komitəsinin sədri vəzifəsində çalışıb.

Dekabrın əvvəlində Amerikanın "The Wall Street Journal" qəzeti yazmışdı ki, Tramp Florida qubernatoru Ron DeSantisi müdafiə postuna seçdiyi Fox News-un aparıcısı Pit Heqseti əvəzləmək üçün Pentaqonun rəhbəri vəzifəsinə namizəd kimi irəli sürə bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 594
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar