Kolumbiyanın Quetame qəsəbəsində baş verən torpaq sürüşməsi nəticəsində 14 nəfər həyatını itirib, 6 nəfər yaralanıb, 20 nəfər itkin düşüb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, həyatını itirənlər arasında 6-10 yaş arası 3 uşağın da olduğunu qeyd edib.
Sürüşmə nəticəsində 20 ev dağılıb, ərazidəki körpülərə, avtomobillərə və yollara ciddi ziyan dəyib.
Kolumbiya Prezidenti Qustavo Petro hadisədə həyatını itirənlərin yaxınlarına başsağlığı verib.