Təhlükləli avtomobil sürməyə görə 5000ə qədər cərimə tətbiq olunacaq
10 iyun 2024 04:25 (UTC +04:00)

Təhlükləli avtomobil sürməyə görə 5000ə qədər cərimə tətbiq olunacaq

Rusiya Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranların İşləri Komitəsinin rəhbəri Yaroslav Nilov izah edib ki, avtoqəzaların 80%-ə yaxını avtomobili təhlükəli idarə edən sürücülərin günahı ucbatından baş verir.

Lent.az xəbər verir ki, Dövlət Dumasının komitə rəhbəri Yaroslav Nilov təhlükəli avtomobil idarə etməyə görə 3 min rubldan 5 min rubla qədər cərimə tətbiq edən qanun layihəsini Dövlət Dumasına təqdim edəcək.

Məsələ ilə bağlı Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.

Beləliklə, təklif olunan maddəyə görə, təhlükəli sürücülüklə nəticələnən yol hərəkəti qaydalarının pozulmasına 3 min rubldan 5 min rubla qədər inzibati cərimə tətbiq ediləcək.

Xətanın təkrar törədilməsi bir aydan üç ayadək müddətə sürücülük hüququndan məhrumetmə ilə nəticələnir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2523
avatar

Oxşar yazılar