Təhlükəsizlik nazirinin çantasının oğurlanması ilə bağlı ironiyalar və YENİ HƏBS
29 aprel 2025 10:56 (UTC +04:00)

Təhlükəsizlik nazirinin çantasının oğurlanması ilə bağlı ironiyalar və YENİ HƏBS

ABŞ-da daxili təhlükəsizlik naziri Kristi Noemin “Gucci” markasından olan çantasını Vaşinqtonun mərkəzindəki restorandan oğurlanması artıq bir həftədir ki, dünya mediasında əsas xəbərlərdən birinə çevrilib.

Kristi Noem

Lent.az xəbər verir ki, ABŞ kimi bir dövlətin, özü də təhlükəsizlik nazirinin başına belə bir hadisənin gəlməsi sosial mediada ironiya ilə qarşılanıb.

Hazırda ABŞ mediasında bu hadisə ilə bağlı daha bir nəfərin həbs edilməsinə dair məlumatlar yayılır. Məlumata görə, bu şəxs ABŞ-da yaşayan qanunsuz çilili miqrant və “peşəkar” cinayətkardır.

49 yaşlı Mario Bustamante-Leyva dəfələrlə oğurluq etdiyinə görə həbs edilib.

Mario Bustamante-Leyva

O, illərdir ABŞ-da qeyri-qanuni yaşayır və terror, quldurluq təşkilatları ilə sıx əlaqələr qurur.

Mario “residivist”dir. Dəfələrlə cinayətlər törədib. Qeyd edilir ki, 2015-ci ildə o, Londonun ən məhsuldar oğrularından biri olduğu üçün barəsindəki məlumatlar mediada manşetlərə çıxıb. O, 27 957 dollar dəyərində telefon, pul qabı və kompüter oğurladıqdan sonra İngiltərədə üç il müddətinə həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508

Oxşar yazılar