Məşhur ispan hərbi jurnalisti Ramon Lobo Leider 69 yaşında vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə“Pais” qəzeti məlumat yayıb.
İspaniya mətbuatının ən böyük müharibə reportyorlarından biri, jurnalist və yazıçı Ramon Lobo Madriddə vəfat edib.
Ölümün səbəbi ağciyər xərçəngi olub.
Lobo 20 il ərzində beynəlxalq münaqişələri işıqlandırıb. O, bir sıra nüfuzlu mükafatlara layiq görülüb.