“Taliban” : Pənçşiri tamamilə nəzarətə götürdük
06 sentyabr 2021 09:20 (UTC +04:00)

“Taliban”: Pənçşiri tamamilə nəzarətə götürdük

“Taliban” Əfqanıstanın şimal vilayəti olan Pəncşirə nəzarəti tam ələ keçirib.

Lent.az-ın TASS-a istinadən xəbərinə görə, bunu “Taliban”ın təmsilçisi Zabihulla Mücahid bildirib.

O qeyd edib ki, “Taliban”a tabe olmayan Pəncşir vilayəti tam olaraq ələ keçirilib.

Əfqan agentliyi “Asvaka” bildirib ki, taliblər artıq Pəncşir qubernatorluğunun binasına öz bayraqlarını sancıblar.

# 1173
avatar

Oxşar yazılar