
Son 100 ilin ən sərt böhranı - BMT AÇIQLADI

Dünya COVID-19 pandemiyası nəticəsində son bir əsrin ən sərt iqtisadi böhranına daxil olub.
"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu BMT-nin Baş katibi Antoniu Qutiyerreş deyib.
Onun sözlərinə görə, 2 milyondan artıq insan COVID-19-dan həyatını itirib və bundan əlavə, pandemiya iqlim qeyri-sabitliyi, ölkələr və insanlar arasında bərabərsizlik kimi qlobal problemləri də üzə çıxarıb.
A.Qutiyerreş qeyd edib ki, 2021-ci ildə dünyanın pandemiyadan bərpa olunma prosesini “kövrək vəziyyətdən dayanıqlı vəziyyətə” keçməyə istifadə etməsi üçün unikal fürsəti var.
Bundan başqa, BMT-nin baş katibi vurğulayıb ki, COVID-19-un mutasiyaya uğramış variantı və vaksinasiyanın gecikməsi ölümləri artıra bilər və o, bu səbəbdən vaksinləri ixtira edən ölkələri peyvəndlərin istehsalını artırmağa çağırıb.

Oxşar yazılar
“El Pais” nəşri: Avropa YENİ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ
8 mart 2021 , 08:23Avtomobil avtobus dayanacağına çırpıldı: xəsarət alanlar var
8 mart 2021 , 06:16
5 milyard avro sərvəti olan deputat qəzada öldü
8 mart 2021 , 04:18
Qandonduran hadisə: 1 qadın, 3 azyaşlı - BIÇAQLA DEŞİK-DEŞİK EDİLMİŞ CƏSƏDLƏR...
8 mart 2021 , 02:11
Bu ölkədə vaksin vurulan qadın öldü, istifadəsi dayandırıldı
7 mart 2021 , 18:45
Səs yazısı aləmi qarışdırdı
7 mart 2021 , 17:47
Bu ölkədə hicab və çadra qadağan edilə bilər
7 mart 2021 , 12:07
Qonşu ölkədə qorxu yaradan ölümlər
7 mart 2021 , 10:59