Soçidə qatar gənci vuraraq öldürdü
30 sentyabr 2021 00:34 (UTC +04:00)

Soçidə qatar gənci vuraraq öldürdü

0

Rusiyanın Soçi şəhərində qatar ortayaşlı kişini vuraraq öldürüb. 

APA xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Cənub Federal Dairəsi üzrə Nəqliyyat idarəsi məlumat yayıb.

Qatar Nijni Novqorod-Adler marşrutu ilə hərəkətdə olub. Hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan fotolardan bəlli olub ki, gənc dəmir yolu xəttinin müəyyən edilməmiş hissəsindən keçərkən onu qatar vurub.
Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1194

Oxşar yazılar