Şimali Koreya yenə raket sınağı həyata keçirdi
13 sentyabr 2021 04:17 (UTC +04:00)

Şimali Koreya yenə raket sınağı həyata keçirdi

KXDR 11 və 12 sentyabr tarixlərində yeni uzunmənzilli qanadlı raketini uğurla sınaqdan keçirib.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən məlumat yayıb.

“Raket hissələrinin sınaqları, mühərriklər, müxtəlif uçuş sınaqları, idarəetmə və istiqamətləndirmə sistemlərinin sınaqları, döyüş başlıqlarının sınaqları və digərləri uğurla həyata keçirilib”, - məlumatda belə deyilir.

Agentlik yazır ki, “böyük əhəmiyyətə malik strateji silah olan uzunmənzilli qanadlı raketlərin hazırlanması son iki ildə kifayət qədər inkişaf edib”.

Koreya Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, “atılan uzunmənzilli qanadlı raketlər KXDR ərazisində və ərazi suları üzərindəki traektoriyalar boyunca 7580 saniyə uçub və 1500 km məsafədəki hədəfləri vurub”. Bildirilir ki, “yeni raketin texniki xüsusiyyətləri layihə tələblərinə cavab verir”.

# 885
avatar

Oxşar yazılar