Sidiyini içdi,   namaz qıldı, dağıntılar altından sağ çıxdı
10 fevral 2023 14:37 (UTC +04:00)

Sidiyini içdi, namaz qıldı, dağıntılar altından sağ çıxdı

Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində Qaziantepdə dağılan 5 mərtəbəli binanın altından 17 yaşlı Adnan Muhammet Qorqud sağ xilas edilib. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, xilasedicilər komandasının rəhbəri Yusuf Bülent Gündüz Qorqudun xilas edilməsindən danışıb. 

“Dağıntıların altında Adnan hərəkət edə bilirdi, hətta gəzirdi. Onun olduğu yer geniş idi, sadəcə çıxa bilmirdi. Adnanı xilas etdikdən sonra o bizə dedi ki, səsinizə səs verirdim, amma məsafə çox olduğu üçün eşidilmirdi. Adnan mənə dağıntılar altında qalarkən namaz qıldığını və susuzluqdan ölməmək üçün öz sidiyini içdiyini dedi. Komandamız birlikdə hərəkət etməsəydi, Adnanı dağıntılar altından xilas etmək qeyri-mümkün idi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2736
avatar

Arzu Qurbanlı

Oxşar yazılar