Sevgilisini vəhşicəsinə öldürdü  - Ömürlük həbsə məhkum edilib varlanmağa başladı - FOTO
14 iyul 2024 01:16 (UTC +04:00)

Sevgilisini vəhşicəsinə öldürdü - Ömürlük həbsə məhkum edilib varlanmağa başladı - FOTO

Sevgilisini öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilən Codi Ann Arias adlı qadın həbsxanada hazırladığı rəsm əsərləri sayəsində varlanıb.

Lent.az xəbər verir ki, bəzi əsərləri 2500 dollara satılan 44 yaşlı Jodi Ann Ariasın əsərlərini nümayiş etdirdiyi və satdığı saytı və sosial media səhifəsi var. Qeyd edək ki, o 2013-cü ildən həbsdədir.

Həbsxanada rəsm əsərləri çəkən və onları minlərlə dollara satan qadın dəmir barmaqlıqlar arxasında rəssam həyatı yaşayır.

Sifarişlə də rəsm çəkən Arias əsərlərindən əldə etdiyi gəlirin 10 faizini bağışlayır. Onun bir hissəsini isə apellyasiya müraciəti üçün istifadə etməyi planlaşdırır.

Jodi Ann Arias 2008-ci ildə keçmiş sevgilisi Travis Viktor Aleksanderə 27 bıçaq zərbəsi vuraraq onu öldürmüşdü. Qadın boğazını kəsərək və alnından tapança ilə vuraraq öldürdüyü Aleksaneri özünü müdafiə məqsədi ilə öldürdüyünü iddia edib.

Gənc qadın şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbs cəzasına məhkum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3138
avatar

Oxşar yazılar