Türkiyədə qarın piylərini götürtmək istəyən qadının başına oyun gəlib.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, Belçikada yaşayan türkiyəli 29 yaşlı Suzan. K qarın piylərini götürtmək üçün Türkiyəyə gəlib. Burada o, özəl klinikaların birində həkim Onur. S ilə razılaşıb.
Əməliyyat həkim sərxoş olduğu üçün günortadan sonraya qalıb. Gənc qız 2 gün xəstəxanada qalandan sonra evə buraxılıb. Lakin onun ağrıları dayanmayıb. Bir müddət sonra Belçikaya qayıdan Suzan. K ağrılarına görə xəstəxanada təkrar əməliyyat edilib. Məlum olub ki, Türkiyədəki əməliyyat zamanı qadının bədəninə bakteriyalar daxil olub və güclü iltihablanma hələ də qalır.
Yenidən Türkiyəyə qayıdan Suzan. K həkimi sərxoş halda onu əməliyyat etdiyi üçün məhkəməyə verib. Şikayətlə əlaqədar araşdırma başlanıb.