Sərhədi qanunsuz keçmək istəyən MİQRANTLAR BATAQLIĞA DÜŞDÜ
19 sentyabr 2021 23:37 (UTC +04:00)

Sərhədi qanunsuz keçmək istəyən MİQRANTLAR BATAQLIĞA DÜŞDÜ

0

Polşa sərhədçiləri Belarusla dövlət sərhədini qanunsuz keçmək istəyərkən bataqlığa düşən 8 miqrantın çıxarılmasına kömək edib.

APA xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsi Xidmətinin mətbuat katibi Anna Miçalskaya bildirib.

A.Miçalskayanın sözlərinə görə, hadisə bazar günü səhər saat 10 radələrində Suprasl çayı yaxınlığında Penki ərazisində baş verib. 

Miqrantlardan beşi kişi, üçü qadındır. Onlardan 7-si xəstəxanaya yerləşdirilib, digər 1 nəfərin tibbi yardıma ehtiyacı olmayıb. 

Polşa sərhəd xidmətinin ilkin məlumatlarına görə, xilas edilənlərin biri Konqo, yeddisi isə  Suriya vətəndaşıdır. Hazırda onlar barəsində məlumatlar dəqiqləşdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1939

Oxşar yazılar