Sahildən içində 1945-ci ilə aid  məktub olan şüşə tapıldı
14 avqust 2024 11:46 (UTC +04:00)

Sahildən içində 1945-ci ilə aid məktub olan şüşə tapıldı

ABŞ-ın Florida ştatının sakini okean sahilində üzərində 79 il əvvəl yazılmış mesaj olan butulka tapıb.

Lent.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Məlumata görə, 46 yaşlı Suzanne Flament-Smith Debbi tropik fırtınasından sonra sahildə qalan zibilləri təmizləyərkən şüşəni görüb. Şüşənin içərisində əllə yazılmış xətləri olan bir kağız parçası tapıb.

Qadın şüşəni evə aparıb və ailəsinin yanında açıb. İçəridə həqiqətən də bir kağız parçası var idi - Floridadan 1100 kilometr aralıda yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin təlim düşərgəsindən bir forma. Tarixi: 4 mart 1945-ci il.

Onilliklər ərzində mürəkkəb günəşdən solub və məktubu oxumaq çətinləşib. Mətnə görə, bu, İkinci Dünya Müharibəsi zamanı Amerika Hərbi Dəniz Qüvvələrində xidmət edən iki dost arasında yazışma olub.

Məktub bir şəxsə ünvanlanıb. Flament-Smith sosial şəbəkədə mesajın fotosunu yerləşdirib və kişinin qohumlarını tapacağına ümid edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1083
avatar

Oxşar yazılar