Türkiyədə meşəyə şabalıd yığmağa gedən 46 yaşlı Rahmi adlı şəxsə ayı hecum edib.
Lent.az “Haber Türk”ə istinadən xəbər verir ki, hadisə Düzcə vilayətinin Kırık kəndində baş verib.
Ayı ilə qarşılaşan Rahmi heyvanın uzaqlaşacağını düşünərək bir müddət hərəkətsiz gözləyib.
Lakin ayının hərəkəti ilə Rahmi qaçmağa çalışıb.
Ayının caynaqlarından qurtulan şəxs sağ ayağından və əlindən yaralanıb.
Hazırda o müalicəsini xəstəxanada davam etdirir.