Saatda 299 km sürətlə hərəkət edən və qəzaya düşən motosikletçi sağ qalıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Almaniyanın Middle Frankoniya bölgəsinin polisi möcüzə ilə bitən heyrətamiz hadisəni açıqlayıb. Unikal hadisəni təsdiqləmək üçün alman hüquq-mühafizə orqanları sosial şəbəkələrdə motosikletçinin dəbilqəsinə bərkidilmiş kameradan qəzanın videosunu dərc ediblər.
Açıqlamada qeyd olunur ki, A9 şossesində yol-nəqliyyat hadisəsi baş verib. Saatda 299 km sürətlə nəqliyyat vasitəsini idarə olunan motosikler hasara çırpılıb.
Polis qəza nəticəsində dəyən ümumi zərərin 29 min avro təşkil etdiyini iddia edir. Hüquq-mühafizə orqanlarının əməkdaşları əlavə edib ki, sürücülərə yüksək sürətlə avtomobil sürməyin və yol hərəkəti qaydalarını pozmağın necə nəticələnəcəyini nümayiş etdirmək üçün ağır qəzaların videogörüntülərini dərc etmək qərarına gəliblər. Almaniya polisinin məlumatına görə, təkcə 2023-cü ilin birinci yarısında Bavariyada 40 motosikletçi ölüb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 27% çoxdur.