Mixeil Saakaşvili
01 oktyabr 2021 10:28 (UTC +04:00)

Mixeil Saakaşvili

Saakaşvili Gürcüstana qayıtdı - YENİLƏNİB

0

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Gürcüstanın Batumi şəhərindədir.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, M. Saakaşvili özünün “Facebook” hesabında Batumidən video yayıb.

M. Saakaşvili öz tərəfdarlarını sabah keçiriləcək yerli özünüidarəetmə seçkilərində iştirak etməyə çağırıb.

“Bura Batumidir. Biz oktyabrın 2-də seçkilərdə iştirak etməli, Vahid Milli Hərəkat partiyasına səs verməliyik”, - sabiq prezident qeyd edib.

***

10:05

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili ölkəsinə qayıdıb.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə Saakaşvili "Faceebok" hesabında bildirib.

"Sabahın xeyir, Gürcüstan! Artıq 8 ildən sonra Gürcüstandan", eks prezident qeyd edib.

M. Saakaşvili daha əvvəl oktyabrda yerli özünüidarə orqanlarına keçiriləcək seçkilərlə əlaqədar vətəninə qayıtmaq niyyətində olduğunu bildirmişdi. O, Gürcüstanda daxili axtarışa verilib və bir neçə cinayət işi üzrə istintaq aparılır. Gürcüstan hakimiyyətinin nümayəndələri dəfələrlə sərhədi keçən kimi onu saxlayacaqlarını bəyan ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3677

Oxşar yazılar