Rusiyanın Tula vilayətinin Aleksin bölgəsi yaxınlığında “Pantsir S-1” özüyeriyən zenit-raket və silah sistemi qarlı sahədə qalıb.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, hərbi texnikanın qardan çıxmasına kömək etmək üçün Novomoskovskdan xüsusi texnika göndərilib.
Hadisə şahidləri qarlı sahədə qalan texnikanın fotolarını yayıblar.
Qeyd edək ki, Tula vilayətində yanvarın sonundan başlayaraq güclü qar yağması ilə xarakterizə olunur.