Rusiyanın Belqorod vilayətində Müdafiə Nazirliyinin “SU-24” təyyarəsi düşüb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə vilayət qubernatoru məlumat yayıb.
Onun dediyinə görə, təyyarə məhv olsa da, pilot son anda xilas ola bilib. Hazırda hadisə yerində ekspertlər çalışır.