Rusiyalı deputatdan TƏKLİF:  Ukraynadakı müharibə üçün sahibsiz itlər səfərbər edilsin
21 noyabr 2025 17:41 (UTC +04:00)

Rusiyalı deputatdan TƏKLİF: Ukraynadakı müharibə üçün sahibsiz itlər səfərbər edilsin

0

Rusiyada Krasnoyarsk diyarının deputatı Boris Melniçenko Ukraynaya qarşı müharibədə sahibsiz itlərdən istifadə etməyi təklif edib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, müraciətində o, müqavilə imzalayan bir çox rus əsgərinin tezliklə cəbhədə ölməsi faktını müzakirə edib. Bu fonda Melniçenko bildirib ki, sahibsiz heyvanların təhlükəli tapşırıqları yerinə yetirə bilən çağırışçılar kimi təsnif edilməsini nəzərdən keçirməyə dəyər. O, bu cür itlərin mina təmizləmənin zəruri olduğu ərazilərə göndərilə biləcəyini təklif edib.

"Bəlkə yaxşı düşünüb bütün bu heyvanları hərbi qulluqçular və ya əsgərlər kimi təsnif etməliyik? Və onları minalanmış sahələri təmizləmək üçün ora göndərməliyik", - deputat bildirib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 108

Oxşar yazılar