Dövlət Dumasında "Rusiya vətəndaşlığı haqqında" qanuna dəyişiklik ediləcək.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, dəyişiklikdə bu ölkədən vətəndaşlıq alan şəxslərin bir neçə cinayətə görə vətəndaşlıqdan məhrum ediləcəyi nəzərdə tutulub.
Qanunda həmin cinayətlər arasında dövlətə xəyanət, narkotik satışı və qaçaqmalçılığı, habelə sənədlərin saxtalaşdırılması kimi hallar aiddir. Dəyişikliklərin qəbulu dumanın yaxın vaxtlarda keçiriləcək iclasında nəzərdə tutulur