Rusiyada təyyarə qoruqda qəzaya uğradı -  YENİLƏNİB
22 sentyabr 2021 18:48 (UTC +04:00)

Rusiyada təyyarə qoruqda qəzaya uğradı - YENİLƏNİB

Sentyabrın 22-də Xabarovsk yaxınlığında radardan itən An-26 təyyarəsi tapılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, ilkin məlumatlara görə, təyyarə Bolşexektsirski qoruğunda qəzaya uğrayıb.

Ekipajın taleyi ilə bağlı heç nə məlum deyil.

***

14:19

An-26 təyyarəsi Xabarovsk yaxınlığında radardan itib.

Lent.az bildirir ki, “İnterfaks” bu barədə hava nəqliyyatına nəzarət xidmətindəki mənbəyə istinadən xəbər verir.

Təyyarənin Xabarovskdan 40 kilometr aralıda texniki uçuş həyata keçirdiyi, lakin birdən-birə əlaqəni kəsdiyi məlum olub.

İlkin məlumatlara görə, göyərtədə altı nəfərdən ibarət heyət var. 

Təyyarənin axtarışına Mi-8 helikopteri cəlb olunub.

An-26-nın radardan itməsinə pis hava şəraitinin səbəb olduğu bildirilir.
 

# 2565
avatar

Oxşar yazılar