Rusiyada  terror:   11 nəfər öldü - RƏSMİ
16 oktyabr 2022 00:44 (UTC +04:00)

Rusiyada terror: 11 nəfər öldü - RƏSMİ

Rusiyanın Belqorod vilayətində poliqonda terror aktı törədilib.

Lent.az Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, terror aktı nəticəsində 11 nəfər ölüb, 15 nəfər yaralanıb.

Rusiya Müdafiə Nazirliyi terror aktının MDB ölkələrindən birinin iki vətəndaşı tərəfindən törədiliyini qeyd edib.

Hadisə Ukrayna ilə müharibədə könüllü iştirak etmək istəyənlərin hərbi poliqonda atəş məşqləri zamanı baş verib.

Hücum edənlər bölmənin şəxsi heyətinə atəş açıblar.

Terrorçular cavab atəşi ilə məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2904
avatar

Oxşar yazılar