Rusiyada qayıq aşdı: 3 nəfər öldü , bir yaralı var
02 yanvar 2026 23:18 (UTC +04:00)

Rusiyada qayıq aşdı: 3 nəfər öldü, bir yaralı var

0

Rusiyanın Leninqrad vilayətində Novoladojski kanalında qayığın aşması nəticəsində üç nəfər həyatını itirib.

Lent.az xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qəza-xilasetmə xidməti məlumat yayıb.

Məlumata görə, yanvarın 2-si axşam saatlarında Novaya Ladoqa şəhərinin axtarış-xilasetmə dəstəsinə Krenitsi bazası ərazisində dörd nəfərin olduğu qayığın aşması barədə məlumat daxil olub.

Hadisə nəticəsində bir nəfər xəsarət alıb, üç nəfər isə ölüb.

Məlumata görə, hüquq-mühafizə orqanları ölənlərin cəsədlərini hadisə yerindən aparıb, xəsarət alan şəxs isə xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar