Rusiyanın Sankt-Peterburq şəhərinin Vıborq rayonunda tütün məhsulları satılan mağazaya hücum edilib. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, satıcı qadını zərrəsizləşdirib kassadakı pulları götürmək istəyən qarətçilər qəfil mühafizəçilərlə üz-üzə gəliblər.
Qarətçilərdən biri əlini cibinə atıb bıçaq çıxaranda mühafizəçilər tərəfindən zərərsizləşdirilib. Digər qarətçi isə saxlanılıb.
İlkin araşdırma zamanı məlum olub ki, mağazaya basqın edənlərin hər ikisi Azərbaycan vətəndaşlarıdır.