Rusiyada helikopter QƏZAYA DÜŞDÜ  - 22 nəfərdən 17-nin meyiti tapıldı
01 sentyabr 2024 13:25 (UTC +04:00)

Rusiyada helikopter QƏZAYA DÜŞDÜ - 22 nəfərdən 17-nin meyiti tapıldı

Rusiyada qəzaya uğrayan helikopterin göyərtəsindəki 22 nəfərin hamısı həlak olub.

Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, Kamçatkada helikopterin qəzaya uğradığı yerdə 17 nəfərin meyiti tapıldı.

Bu barədə artıq Rusiya Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.

Qeyd edək ki, göyərtəsində 22 nəfər olan Mi-8 helikopteri avqustun 31-də Kamçatkada Vaçkajets vulkanı yaxınlığında radarlardan itib.

Məlumata görə, helikopterdə 3 ekipaj üzvü, 19 turist olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534
avatar

Oxşar yazılar