Rusiya Xarkovu VURDU:  yaralılar var
14 oktyabr 2025 03:57 (UTC +04:00)

Rusiya Xarkovu VURDU: yaralılar var

0

Gecə saatlarında Rusiya tərəfi Ukraynanın Xarkov şəhərinə aviazərbələr endirib.

Lent.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin Telegram kanalında məlumat verilib. 

Məlumata görə, zərbələrdən biri şəhərin Saltov rayonundakı xəstəxana ərazisinə tuş.

Xilasedicilərin məlumatına görə, hadisə nəticəsində üçmərtəbəli tibb müəssisəsinin binası, minik avtomobilləri zərər görüb, həmçinin iki yanğın  qeydə alınıb.

Həmçinin vurğulanır ki, hücum nəticəsində xəsarət alanlar var, lakin onların sayı açıqlanmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar