Ukraynanın işğal olunmuş Melitopol şəhərində Rusiya ordusunun bazası partladılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə şəhərin hərbi aeradromunda baş verib. Məlumata görə, ukraynalı partizanlar aeradromdakı bazanı minalanmış maşınla partladıblar.
Qeyd edək ki, partlayış zamanı çox saylı itkilərin olduğu bildirilir.