Rusiya Müdafiə Nazirliyinin Qərb Hərbi Dairəsi üzrə maliyyə təminatı idarəsinin rəisi Sankt-Peterburqun Zamşina küçəsində çoxmərtəbəli binanın pəncərələrinin altında ölü tapılıb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, 58 yaşlı qadının meyiti yoldan keçənlərin gözünə dəyib. Daha sonra 31 saylı binanın 16-cı mərtəbəsinin eyvanında onun əşyaları və sənədləri aşkar edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin təfərrüatlarını və baş verənləri öyrənməyə başlayıb. İlkin versiyaya görə, Müdafiə Nazirliyinin əməkdaşı intihar edib.