Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Türkiyənin Qəhrəman Qadınları” adlı proqram təşkil edib.
Lent.az ölkənin yerli mediasına istinadən xəbər verir ki, tədbirə prezident Rəcəb Tayyib Ərdoğan da qatılıb.
Tədbirdə 7 şəhid anasının çıxışı qonaqlara duyğusal anlar yaşadıb.
Onalrın sözləri qarşısında prezident Ərdoğan göz yaşlarını saxlaya bilməyib.