Quş qripinin də ağırlaşdırıcı  ŞTAMMI YAYILDI
30 sentyabr 2021 01:29 (UTC +04:00)

Quş qripinin də ağırlaşdırıcı ŞTAMMI YAYILDI

0

Çexiyanın Pribram şəhərinin Trxove-Duşniki kəndində ev qazlarında H5N1 quş qripi virusunun yüksək ağırlaşdırıcı ştammı aşkar edilib. 

APA xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Xəstəlik beş ev qazında aşkarlanıb. 

Qeyd edək ki, bu, Çexiyada cari ildə 39-cu yoluxma hadisəsidir. Xəstəliklə əlaqədar olaraq, son səkkiz ay ərzində respublikada 250 minə yaxın quş məhv edilib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1257

Oxşar yazılar