Qonşu ölkədə binanın iki mərtəbəsi çökdü-Ölənlər var -YENİLƏNİB
04 dekabr 2022 18:38 (UTC +04:00)

Qonşu ölkədə binanın iki mərtəbəsi çökdü-Ölənlər var-YENİLƏNİB

Rusiyada beşmərtəbəli binada çökmə və dağıntı nəticəsində ölənlərin sayı artıb.

Lent.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Nijnevartovskda beşmərtəbəli binanın ikinci və üçüncü mərtəbəsində çökmə və dağıntı nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Xəstəxanaya yerləşdirilən 3 nəfərdən ikisinin durumu isə ağırdır.

***

saat 18.17

Rusiyada beşmərtəbəli binanın iki mərtəbəsi çöküb.

Lent.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Nijnevartovskda beşmərtəbəli binanın ikinci və üçüncü mərtəbəsində çökmə və dağıntı olub, 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Binadan 52 sakin evakuasiya edilib.

Xilasedicilər dağıntılar altında insanların qala biləcəyini istisna etmir.

# 2835
avatar

Oxşar yazılar