İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağındakı addımları nəticəsində ölənlərin sayı 43 341 nəfərə çatıb.
Lent.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib kiŞ təkcə son 24 saat ərzində İsrail Ordusunun Qəzza zolağının müxtəlif bölgələrində fəaliyyəti nəticəsində 27 nəfər həlak olub.
Bundan əlavə, Fələstin anklavının 86 sakini yaralanıb.
2023-cü il oktyabrın 7-dən indiyədək yaralananların ümumi sayı 102 105 nəfərə çatıb.