Qəzaya uğrayan təyyarənin qalıqları tapıldı
18 yanvar 2026 14:45 (UTC +04:00)

Qəzaya uğrayan təyyarənin qalıqları tapıldı

0

Yanvarın 17-də qəzaya uğrayan “Indonesia Air Transport” aviaşirkətinə məxsus “ATR 42-500” tipli təyyarənin qalıqları bu gün Cənubi Sulavesi vilayətində Bulusaraunq dağının zirvəsində aşkarlanıb.

Lent.az-ın xəbərinə görə, bu barədə “Detik” portalı məlumat yayıb.

Cokyakartadan Makassar şəhərinə uçan təyyarənin göyərtəsində 11 nəfər olub, onlardan 8-i ekipaj üzvüdür.

Xilasetmə əməliyyatına 376 xilasedici cəlb olunub. Artıq 1 nəfərin cəsədi tapılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar